Aralıq dənizində NATO təlimləri başladı: Rusiyaya əks zərbə...

22.11.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Aralıq dənizində, İtaliya sahillərində genişmiqyaslı "Neptune Strike" təlimləri başlayıb. Manevrlərdə ABŞ, Böyük Britaniya, Yunanıstan, Polşa və Türkiyə daxil olmaqla NATO-nun doqquz ölkəsi iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin CBS telekanalı məlumat verib.

Bildirilir ki, təlimlərin əsas məqsədi Rusiya ilə hipotetik münaqişə baş verəcəyi təqdirdə əks-zərbə ssenarilərinin məşq edilməsidir. Manevrlərdə hərbçilər NATO-nun şərq cinahında, Rusiyanın yaxınlığındakı təlim poliqonlarına uzaq məsafədən zərbələr endirilməsinə xüsusi diqqət yetirəcəklər.

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkviç telekanala müsahibəsində bildirib ki, alyans 2027-ci ilə qədər həm Rusiya, həm də Çinlə qarşıdurmaya hazır olmalıdır, lakin o, belə münaqişələri labüd hesab etmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью