Icma.az bildirir, Yenicag saytına əsaslanaraq. Azərbaycanın hər bölgəsinin inkişaf səviyyəsi eyni olmamaqla birlikdə, hər rayonun özünün iqt
Bölgələrdəki mədəni-ədəbi mühit də bir-birindən əsaslı şəkildə fərqlənir.
Nəzərə alsaq ki, hələ də teatrların olmadığı rayonlarımız var, o zaman mədəniyyətin eynisəviyyəli inkişafından danışmaq yersiz olar.
Eyni şəkildə bölgələrin ədəbi mənzərələri arasında oxşar və fərqli cəhətlər də mövcuddur.
Yazıçıların oxuculara çıxışının olmaması, kitabları özlərinin nəşr etdirmələri, kitab sərgilərinin az təşkil olunması, görüşlərin yazıçıların öz təşəbbüsləri əsasında keçirilməsi bu problemlərdən sadəcə bir neçəsidir ki, demək olar, onlar bütün bölgələrdə eyni şəkildə təzahür edir.
Ədəbi mühitdə regional təmsil xüsusiyyətlərinə baxsaq, bəzi bölgələrin daha önə çıxdığını görürük ki, bunun səbəbi də istedadla yanaşı, eyni ədəbi mühiti paylaşan qələm insanlarının bir-birinə qahmar çıxmasıdır.
Bunun nəticəsində ədəbiyyat aləmində də “bölgələşmə”nin getdiyini deyə bilərik. Bəs, görəsən, Aran bölgəsində vəziyyət necədir?
Kürdəmirdə yaşayan şairə Aidə Adıgözəl Yenicag.az-a açıqlamasında Kürdəmir və ümumilikə Aran bölgəsindəki mövcud ədəbi durumdan söz açıb.