Aranda isti, dağlarda duman...

29.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

Q.ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью