Aranda yağış, dağda qar...

25.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətin­dən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şə­raitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağaca­ğı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qı­samüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə ara­bir duman müşahidə ediləcək. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 12-15, dağlarda gecə 0-3, gündüz 3-5 dərəcə isti olacaq.

Q.ƏLİYEV 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью