Aranda yağış və dolu, dağlarda qar…

10.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-17, gündüz 19-21 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.

Q.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью