Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Q.ƏLİYEV
XQ