Araqçi: ABŞ İrana hörmət göstərərsə, nüvə sazişi mümkündür

20.02.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İranın nüvə proqramı üzrə razılaşma yalnız ABŞ İrana hörmətlə yanaşdığı halda mümkündür.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib.

“Əgər siz İran xalqı ilə hörmətlə danışsanız, biz də eyni cür cavab verəcəyik. Amma bizimlə güc dili ilə danışsalar, biz də eyni şəkildə cavab verəcəyik. Düşünürəm ki, iranlılar qürurlu xalq olduqlarını sübut ediblər. Biz yalnız bizə hörmət göstərildikdə cavab veririk. Bizimlə məhz bu cür danışmaq olar və yalnız bu halda nəticə olacaq”, – deyə Araqçi ABŞ-ın MS Now telekanalına müsahibəsində bildirib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью