Araqçı ABŞ la danışıqlar üçün Romaya getdi

23.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ ilə münasibətlərin normallaşması məqsədilə keçirilən danışıqlarda iştirak üçün İtalyaya səfər edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.

Nəşr yazır ki, Araqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə Romada müzakirə aparacaq. Bu, Omanın vasitəçiliyi ilə keçirilən danışıqların sayca beşinci raundudur.

İranın xarici işlər nazirini müşayiət edən nümayəndə heyətinin üzvləri arasında siyasi məsələlər üzrə nazir müavini “Məcid Taxt Rəvançi”, hüquq və beynəlxalq məsələlər üzrə nazir müavini “Kazem Gharibabadi”, nazirliyin mətbuat katibi “İsmail Baghai” və bir sıra digər diplomat və ekspertlər var.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью