Araqçi: İran ABŞ la danışıqlar barədə Rusiyanı məlumatlandırır

18.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran ABŞ-la danışıqlar barədə Rusiyanı məlumatlandırır.


APA xəbər verir ki bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.


O bildirib ki, İran Rusiyanın ABŞ ilə aparılan danışıqlardan irəli gələn hər hansı potensial razılaşmada konstruktiv rol oynayacağına ümid edir:


“Biz danışıqlar (ABŞ-İran danışıqları) barədə Sergey Lavrovu məlumatlandırırıq. Ümid edirik ki, Rusiya istənilən potensial razılaşmada fəal və konstruktiv rol oynamağa davam edəcək”.
O Çinin də danışıqlar barədə məlumatlandırıldığını vurğulayıb.


"Qarşı tərəf qeyri-real və əsassız tələblər irəli sürməkdən çəkinərsə, razılaşma mümkündür" – İran XİN rəhbəri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью