Araqçı İran ABŞ memorandumunun təfərrüatını Lavrova verdi

17.06.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Araqçı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, tərəflər Tehran və Vaşinqton arasında razılaşdırılmış memorandumun təfərrüatlarını müzakirə ediblər. Bu barədə IRNA agentliyi məlumat yayıb

Məlumata görə, İranın xarici işlər naziri memorandumun detalları barədə məlumat verərək bildirib ki, onun müddəalarının lazımi qaydada yerinə yetirilməsi məsuliyyəti ABŞ-ın üzərinə düşür.

Araqçı həmçinin İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatların tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.

Nazirlər region ölkələri ilə diplomatik əməkdaşlığın davam etdirilməsinin, vəziyyətin sabitləşdirilməsinin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyini də qeyd ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью