Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Suriyada bu ölkənin gələcəyinə təsir edən bir çox mühüm amillər var”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
O bildirib ki, Suriyadakı hadisələrlə bağlı nəticə çıxarmaq hələ tezdir.
Çünki vəziyyətə təsir edən amillər çoxdur, ona görə də hər şey hələ də dəyişə bilər.
“Fikrimcə, hazırkı vəziyyət haqqında mühakimə yürütmək hələ tezdir. Bu, həm bizim, həm də qarşı tərəfin nümayəndələri üçün belədir.
Hazırda onlar qalib gəldilər. Ancaq gələcəkdə hər şey dəyişə bilər”, – deyə Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu Globalinfo.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.