Araqçını gözləyirik Zaxarova

14.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Moskva İranın nümayəndə heyətinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün ölkəmizə səfərini gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz iranlı həmkarlarımızı gözləyirik, Sergey Viktoroviç Lavrovla danışıqlar planlaşdırılır”, – o bildirib.

Diplomatın sözlərinə görə, İran nümayəndələri digər Rusiya rəsmiləri ilə də görüşəcəklər.

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Beqayi nazir Abbas Araqçının bu həftəsonu Rusiyaya səfər edəcəyini açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью