Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
"Mən Azərbaycanda saxlanılan şəxslərin geri qaytarılması istiqamətində həyata keçirilən işlər barədə daim danışmağı xoşlamıram".
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri oktyabrın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müxalifətin "Ermənistan" blokundan olan deputat Lilit Qalstyanın sualını cavablandırarkən deyib.
"Əgər nəticə yoxdursa, sənin səylərin kimə lazımdır? Nəticə tamamilə konkretdir: saxlanılan şəxslər azad edilir, yoxsa yox?" - deyə qıcıqlandığını gizlətməyən Mirzoyan bildirib.
Onun sözlərinə görə, Bakıda saxlanılanların sonuncu qrupu sərbəst buraxıldıqdan sonra xeyli iş görülüb. Bununla belə, o, bəzi fikirləri parlament kürsüsündən səsləndirmək istəməyib, çünki bunun üçün başqa ölkələrin adlarını çəkmək və onları pis vəziyyətdə qoymaq lazım gələcək.
Müxalifətə müraciət edən nazir əlavə edib:
"Mən həmin ölkələrlə münasibətlərimizə zərər vuraram... Deyirlər ki, üçüncü bir ölkəyə, məsələn, Madaqaskara müraciət edin. Guya Madaqaskar nümayəndəsi gedib erməni əsirlərə baş çəksin. Yəni onlar bunu düşünüblər, amma biz yox? Bizim əlaqələrimiz yoxdur? Biz müraciət etmişik, ancaq heç bir nəticə yoxdur".