Ararat Mirzoyan polşalı həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıb

01.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisi, 1 oktyabr, AZƏRTAC

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb. Görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Ermənistan ilə Polşa arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün mümkün istiqamətlər və mövcud mexanizmlər ətraflı müzakirə edilib.

Ararat Mirzoyan və Radoslav Sikorski Aİ daxilində cari proseslər, həmçinin geosiyasi proseslərə və demokratik proseslərə toxunub, mövcud problemlərin aradan qaldırılmasında əməkdaşlığın vacibliyi vurğulanıb.

A.Mirzoyan avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar barədə həmkarına məlumat verib, regionun davamlı inkişafı və kommunikasiyaların açılması kontekstində bərqərar olmuş sülhün vacibliyini vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью