Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah İranın paytaxtı Tehrana səfər edəcək.
XQ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.
Onun sözlərinə görə, səfər İran və Ermənistan arasında davam edən məsləhətləşmələr çərçivəsində həyata keçirilir. Səfərin əsas məqsədi ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirəsidir.
Bildirilib ki, Mirzoyanın Tehranda İran rəsmiləri ilə görüşləri zamanı Cənubi Qafqazda regional əməkdaşlıq və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.