Ararat Mirzoyan sabah Moskvaya gedəcək

20.01.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü, bundan sonra isə nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью