Ararat Mirzoyan və Maqdalena Qrono Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

10.01.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Aİ tərəfdaşlıq gündəliyinin geniş spektrli məsələlərini müzakirə ediblər. Ötən il əldə edilmiş uğurlar, yeni tərəfdaşlıq gündəliyinin hazırlanması üzrə müzakirələr prosesi və qarşıda duran proqramlar qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью