Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digərlərinin sülhlə bağlı söylədiyi fikirlər artıq çeynənmiş ifadələrdir ki, biz bunu son 1 ildə görməkdəyik2.
Bu sözləri Yenicag.az açıqlamasında politoloq Oktay Qasımov deyib.
Siyasi təhlilçi Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, erməni rəsmi Azərbaycan və Ermənistanın sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxın olduqlarını bəyan edib. O.
Qasımovun fikrincə isə keçən ilin noyabrından başlayaraq, rəsmi İrəvan “2 həftə, 15 gün, 1 ay, yaxın günlər” ifadələri ilə prosesdə zaman qazanmağa çalışır: “Eyni zamanda da İrəvan paralel şəkildə silahlanmanı davam etdirir.
Əgər Ermənistan doğrudan da konstruktiv şəkildə Azərbaycanla sülh müqaviləsini imzalamaqda maraqlı olsaydı, ən azından, hansısa bir səviyyədə COP29-da iştirak edərdi.
Baxmayaraq ki, Ermənistan nümayəndələri qeydiyyatdan keçsələr də, tədbirə qatılmadılar.