Aras Bulut İynemlinin bir bölüm üçün aldığı qonorar şok etdi

12.11.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandırdığı "Deha" serialından qazandığı məbləğ bəlli olub.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor serialın hər bölümünə görə 1 milyon 500 min lirə, yəni təxminən 74 min 500 manat qazanır.

Aras Bulut İynemli Türkiyənin  ən istedadlı baş rol oyunçularından biri hesab olunur. “7-ci koğuşdakı mucize” filmindən sonra onun populyarlığı daha da artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью