“Arash Estetik” klinikası cərmələndi Səbəb

28.01.2026

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.

Məlumata görə, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin iştirakı ilə sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəyə göndərib.

Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib/Teleqraf.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью