Arauxo darmadağın barədə paylaşım etdi

10.04.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasının 1/4 final mərhələsinin İspaniyada keçirilən ilk oyununda Dortmund "Borussiya"sını 4:0 hesabı ilə məğlub edən "Barselona"nın müdafiəçisi Ronald Arauxo qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, uruqvaylı oyunçu matçın ardından şəxsi "X" hesabında belə bir paylaşım edib:

"Əla axşamdır! Əla komanda işi sayəsində qələbə qazandıq və yarımfinala doğru addım atdıq. Başlanılanı davam etdirəcəyik!"

Xatırladaq ki, tərəflərin Dortmunddakı cavab qarşılaşması aprelin 15-də olacaq.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью