Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yay transfer pəncərəsində İspaniyanın “Barselona” futbol komandasından “Liverpul”a keçən Ronald Arauxo Premyer Liqaya uyğunlaşma prosesi barədə danışıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı müdafiəçi “Nyukasl” və “Nottingem Forest”lə oyunlardan sonra İngiltərə çempionatının tempinin onu təəccübləndirdiyini etiraf edib.
“Bu formanı geyindiyim gündən Premyer Liqanın əslində nə olduğunu başa düşdüm. Tamamilə fərqli temp, saf intensivlik, fiziki duellər və düşünmək üçün bir saniyə belə yoxdur. Meydana daxil olan kimi 100 faiz hazır olmalısan”, - Arauxo bildirib.
Uruqvaylı futbolçu bununla yanaşı, La Liqaya hörmətlə yanaşdığını da vurğulayıb:
“La Liqaya hörmətsizlik etmək olmaz. Orada inanılmaz taktika və texniki ustalıq var. Amma Premyer Liqa fiziki güc və temp baxımından daha yüksək səviyyədədir”.
Arauxo İngiltərədə uğur qazana bilən müdafiəçinin daha sonra İspaniyaya qayıdacağı təqdirdə özünü çox rahat hiss edəcəyini də qeyd edib.
“Mən burada keçirdiyim hər dəqiqəni mübarizə kimi görürəm və “Enfild”də yerim uğrunda döyüşməyə hazıram”, – deyə o əlavə edib.
Qeyd edək ki, “Liverpul” Arauxo ilə bu yay İbrahima Konatenin “Real Madrid”ə keçidindən sonra müqavilə imzalayıb. Müdafiəçi həm mərkəzdə, həm də sağ cinahda oynamaq üçün nəzərdə tutulur.