Arauxonu Deku razı salmağa çalışır

15.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Barselona” müdafiəçisi Ronald Arauxo ilə danışıqları davam etdirir.

QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu dəfə futbolçu ilə klubun idman direktoru Deku danışıb. O, uruqvaylı yarımmüdafiəçiyə 2026-cı ildə bitəcək müqavilənin müddətini uzatmaq təklifini edib.

Arauxo Kataloniya təmsilçisinin bir neçə təklifini rədd edib. Yuventus" da onu heyətnə cəlb etmək istəyir. Futbolçunun özü də İtaliya klubuna keçməkdə maraqlıdır. Turin təmsilçisinin Ronald üçün "Barselona"nın tələb etdiyi 50 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью