Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərdə ittiham olunan 15 nəfər erməni əsilli təqsirləndirilən şəxsin, o cümlədən vaxtilə özünü qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti elan etmiş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyanın Bakıda məhkəməsi fevralın 6-da davam etdirilib.Bizimyol.info xəbər verir ki, Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə prosesində bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayev, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə baxılır.
Təqsirləndirilən şəxslər erməni və rus dillərinə tərcüməçilərlə, vəkillərlə təmin olunub.Fevralın 6-da keçirilən məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan hakimə müraciət edərək, çıxış etmək istədiyini bildirib.
Ona icazə verilib və müraciətini səsləndirib.Arayik Harutyunyan müraciətində Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl səsləndirdiyi ittihamlara münasibət bildirib.
Ermənistan mətbuatında yayılan açıqlamasında Paşinyan iddia edirdi ki, Azərbaycanda həbsdə olan erməni əsilli şəxslərə psixoloji təzyiq göstərilir, onlara psixotrop dərmanlar verilir.Lakin Arayik Harutyunyan özü bu ittihamı rədd edib və deyilənlərin yalan olduğunu bildirib.
O, bəyan edib ki, əksinə, saxlandıqları təcridxanada bütün hüquqları təmin olunur:“Bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub.
Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur.
Ermənistanın baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.