Arayik Paşinyanın gerçək üzünü açır Nikol ifadə vermək üçün Bakıya gələcəkmi?.. | Icma.az
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. 21-ci əsrin “Nürnberq prosesi” davam edir.
Bakıda qurulan Ədalət Məhkəməsində cinayətlər açılır, həqiqətlər üzə çıxır, özü də 30 ildən artıq dönəmdə Azərbaycana qarşı olmazın pisliklər etmiş şəbəkənin rəhbərliyi tərəfindən.
Bir əsr boyunca hay “maşa”sından istifadə edən qüvvələrin yuxusunu ərşə çəkən prosesdir, ürəklər döyünür...
Qarabağda 30 il ərzində mövcud olmuş və artıq cəhənnəmin isti bucağına göndərilmiş qondarma qurumun başçısı Arayik Harutunyan məhkəmə iclasında bildirib ki, 2020-ci ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə edib.
Təlimlərə isə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik edib. Bax, belə, danış, Arayik, danış!
Nikol Paşinyan antiterror əməliyyatınadək iddia edirdi ki, guya Qarabağda mövcud olan işğalçı ordunun Ermənistana aiddiyyatı yoxdur.
Guya ki, təpədən-dırnağadək silahlanmış hərbi canilər Qarabağ ermənilərinə məxsusdur və İrəvan onlara görə cavabdeh deyil.
Bu, yaddaşı gödək adam heç olmasa oğlu Aşotu hay-küylə, təbliğat məqsədilə Qarabağa, hərbi xidmət keçməyə yolladığını, sonra da Anna Akopyanla birgə ona baş çəkməyə gəldiyini unutmamalıydı.
Tam oxu
Xəbəri oxu