Apasport saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçınd
- Oyuna çox yaxşı başlasaz da, sonda məğlub olduz. Matçı necə dəyərləndirirsən?
- Premyer Liqa klubunu məğlub etmək üçün əlimizdən gələni etdik. Komandanın nizam-intizamını qorumağa çalışdıq. Oyuna pis başlamadıq.
Sadəcə ikinci hissədə gözləmədiyimiz bir qol buraxdıq. Düzdür, bundan sonra toparlanmaq çətin oldu.
Lakin düşünürəm ki, pis təsir bağışlamadıq. Növbəti oyunlara baxacağıq. Gücümüzü daha da artırmalıyıq.
Bu gün bütün futbolçular özünü ən yaxşı tərəfdən göstərmək niyyətindəydi.
Məşqlərdə çalışdığımız tapşırıqları meydanda reallaşdırmağa cəhd etdik. I Liqada da bunların bizə kömək edəcəyini düşünürəm".
- Bu gün sanki komandada əlavə motivasiya var idi... - Xeyr, xüsusi hansısa motivasiya yox idi. Zatən hər zaman belə olub.