Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
70 yaşlı Araz Ağalarovun gənc həyat yoldaşı Alyona iş qadını olmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, milyarderin 27 yaşlı həyat yoldaşı ev əşyaları - tekstil, mebel və interyer dizayn əşyaları satan butik açıb.
Araz Ağalarov ilk mağazasının açılışında onu dəstəkləyib, hətta biznes qurmaq üçün məsləhətlər verib.
"Mən həmişə onun fikrini dinləyirəm! Ərim mənim əsas motivatorum, ən böyük dəstəkçimdir. Təbii ki, onun hər şeyə dair öz vizyonu var. Mən də qulaq asmağa çalışıram, amma həmişə yox", - deyə Alyona açıqlayıb.
Ağalarov özü layihənin uğuruna inandığını deyib. O, TISSAGIO butikinin açılışında "Mən detallara diqqət yetirirəm; hər bir kiçik detal mənim üçün vacibdir", - deyə bildirib.
Xatırladaq ki, Ağalarovun gənc həyat yoldaşı ilə evliliyi 2026-cı ilin yazında ictimaiyyətə açıqlanıb. O vaxt cütlüyün birlikdə iki oğul böyütdüyü də məlum olub.
Ağarza Elçinoğlu