Araz çayı boyunca Rusiya bayraqları yığışdırıldı

03.02.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.

O bildirib ki, Rusiya bayraqları sərhəd-keçid məntəqələrindən götürülüb:

“Dünən mən Aqarağaya gedən yolda, eləcə də Araz çayı boyunca Şvanidzor yolunda Rusiya bayraqlarını görmədim. Başa düşdüyüm qədər Ermənistan-İran sərhədində yalnız bizim bayraqlarımız qalıb”.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədindəki sərhəd-keçid məntəqələrində xidməti dayandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью