Araz çayı üzərində körpü tikilir Nazir

12.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan öz ərazisindəki işləri sürətlə həyata keçirir. Dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

O bildirib ki, eyni zamanda, İran İslam Respublikası ilə əldə olunan razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Bu körpü vasitəsilə İran ərazisindən keçməklə Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında marşrutun yaradılması üzrə işlər görülür.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью