Araz çayı üzərindəki körpü nə vaxt hazır olacaq?

24.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi bu ilin yazında yekunlaşdırılacaq.

Axar.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan və İran Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.

Nazir bununla yanaşı, Zəngilan rayonunun Ağbənd yaşayış məntəqəsindən başlayan və İran ərazisindən keçməklə Culfaya qədər uzanan yoldan da bəhs edib.

F.Sadiq həmçinin Astara Terminalının ölkələr arasında ticarət əlaqələrinin intensiv inkişafına xidmət etdiyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью