Araz çayında batan yeniyetmənin cəsədi tapılıb YENİLƏNİB

14.07.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmişli, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəsədi sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

16:59

Araz çayının İmişlinin Göbəktala kəndinin ərazisindən keçən hissəsində yeniyetmə boğulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью