Araz Əhmədov “Levante”dən öyrənir

08.06.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Levante” klubu ilə 1-ci liqa təmsilçisi “Baku Sportinq” arasında əməkdaşlıq çərçivəsində buzovnalıların rəsmisi Araz Əhmədov hazırda Valensiya təmsilçisinin düşərgəsində təcrübə keçir.

Səfər və bu əməkdaşlıq barədə Araz bəylə əlaqə saxladıq:

“Levante” akademiyasının bir qrup nümayəndəsi bizim bazaya gəldi. Əməkdaşlıq çərçivəsində o vaxt onlar gəlmişdi, indi də mən gəlmişəm. İşin təməl prinsiplərini öyrənirəm”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью