Araz Musayevin bıçaqlanması ilə bağlı iki azərbaycanlı qaçarkən saxlanıldı VİDEO YENİLƏNİB

28.05.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.

***

17:53

Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti, dünya çempionu Araz Musayevə qarşı sui-qəsd edilib.

Lent.az xəbər verir ki, idmançı Türkiyənin Antalya şəhərində bıçaqlanıb.

Məlumata görə, hazırda onun vəziyyəti ağırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью