Icma.az bildirir, Modern.az portalına istinadən. Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin Antalyada bıçaqlanmasına görə
Modern.az-ın məlumatına görə, saxlanılan şəxslərdən üçü Azərbaycan, üçü Özbəkistan vətəndaşıdır.
Hadisədə iştirak edən daha bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, hadisə ötən gün Türkiyənin Antalya şəhərinin Kemer bölgəsində keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı baş verib.
Kemerin Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalında baş verən hadisə zamanı Araz Musayev iki dəfə qarın nahiyəsindən bıçaqlanıb, baş nahiyəsindən isə zərbələr alıb.
Yarışlar zamanı zalda olan həkimlər ona ilkin yardım edib. Daha sonra o, təcili olaraq Kemer Dövlət Xəstəxanasına, ardınca isə Antalya Şəhər
Araz Musayevin huşunun açıq olduğu və əməliyyat olunduğu bildirilib.
Təhlükəsizlik kamerasına düşən görüntülərdə Araz Musayevin zalın girişində dayandığı anda bir nəfərin ona yaxınlaşıb zərbə vurduğu görünür.