Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, ötən gün Türkiyənin Antalya şəhərində keçirilən 6 saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs olunmuşdular.