Araz Naxçıvan 1 ci Liqanın lideri ilə qarşılaşacaq

08.10.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Araz-Naxçıvan" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirəcək.

Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, "qırmızı-ağlar" 1-ci Liqa təmsilçisi "Şəfa" ilə üz-üzə gələcəklər.

Oyun oktyabrın 10-də Bakı Olimpiya Stadionunun ikinci meydanında keçiriləcək.

Xatırladaq ki, 4 oyuna maksimum xal toplayan və hazırda 1-ci Liqanın turnir cədvəlinin 1-ci pilləsində "Şəfa" öncə bu tarixdə digər 1-ci Liqa təmsilçisi "Cəbrayıl"la üz-üzə gəlməyi planlaşdırsa da, sonradan daha güclü kollektivlə sınaq matçına çıxmağı uyğun sayıb. 

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью