Araz Naxçıvan 2 qolla 3 xal qazandı

09.12.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında XIV turunda "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib.

"Ölkə.az" xəbər verir ki, "Liv Bona Dea Arena"dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib.

Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar.

"Araz-Naxçıvan" turnir cədvəlində 23 xalla altıncıdır. 6 xalı olan "Kəpəz" isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью