Araz Naxçıvan 21 ci oldu

24.01.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" 21-ci oldu

Misli Premyer Liqasının XVII turunun ilk günü daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Ukraynalı Andrey Demçenko “Araz-Naxçıvan”ı “İmişli” ilə səfər görüşünə çıxarıb. Debütantın komandası məhsuldar heç-heçəyə imza atıb – 2:2.

QOL.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Demçenko Premyer Liqada cari mövsümdə debüt edən 5-ci əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II, Yuri Vernidub (“Neftçi”) XV turda debüt edib.

Bununla da Azərbaycan çempionatlarının yüksək liqasında baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 70-ə çatıb. Demçenko Premyer Liqa tarixində 11-ci ukraynalı baş məşqçi olub.

O, “Araz-Naxçıvan”ın tarixində ilk legioner çalışdırıcısı olub. Naxçıvan təmsilçisi Premyer Liqada əcnəbi mütəxəssisə güvənən 21-ci komandadır. Bunadək 20 klubda əcnəbi baş məşqçi çalışmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью