“Araz Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

03.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

“Araz-Naxçıvan” futzal komandası qapıçısı Emin Kürdovla yeni müqavilə imzalayıb.

Bu barədə AZƏRTAC-a muxtar respublika təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

O, 41 yaşlı qolkiperin daha 1 il Naxçıvan klubunda çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Emin Kürdov Azərbaycan millisinin də formasını geyinir. Təcrübəli qapıçı 2004-cü ildən yığmanın şərəfini qoruyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью