“Araz Naxçıvan” 49 cu oyunda buna sevindi

27.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XX turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib. Sport24.az xəbər verir ki, bu, Muxtar Respublika təmsilçisinin Azərbaycan çempionatlarında 20-ci ev qələbəsi kimi tarixə düşüb.

Naxçıvan klubu buna öz meydanındakı 49-cu oyunda nail olub. "Araz-Naxçıvan" yarışın tarixinə evdə 20 və ya daha çox qələbə qazanan 33-cü komanda kimi düşüb.

Qeyd edək ki, naxçıvanlıların öz meydanındakı ilk qalibiyyəti 2000/01 mövsümünə təsadüf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью