Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" yeni oyunçu ilə güclənib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi braziliyalı Luiggini heyətinə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb. 29 yaşlı braziliyalının son klubu Belçika "Anderlext"i olub.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu "Araz-Naxçıvan" yer aldığı F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya) və "Sparta" (Şimali İrlandiya) komandaları ilə üz-üzə gələcək. Matçlar avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.