Araz Naxçıvan ardıcıl üçüncü oyunda uduzdu

18.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XIX turun ikinci oyun gününün ilk görüşündə "Zirə" və "Araz Naxçıvan" komandaları üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 4-cü dəqiqədə İsmayıl İbrahimli vurub.

Bununla da xallarını 33-ə çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. Ardıcıl üçüncü məğlubiyyətini alan "Araz Naxçıvan" isə 39 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Şamaxı"ya qalib gəlib - 3:2. Bu gün daha bir görüş "Sumqayıt" və "Səbail" arasında keçiriləcək. Tura yanvarın 19-da "Kəpəz" - "Turan Tovuz" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью