Araz Naxçıvan Aris ə qarşı

24.07.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bu gün "Araz-Naxçıvan" avrokuboklarda mübarizəyə start verir. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"lə üz-üzə gələcək.

"Dalğa Arena"da keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək. Qarşılaşmada ədaləti Rumıniyadan olan hakimlər briqadası qoruyacaq.

Qeyd edək ki, komandalar arasında cavab görüşü  iyulun 31-də Yunanıstanda baş tutacaq. Bu dueldə üstün olan tərəf III təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)

Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)

Mərdəkan. "Dalğa Arena"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью