“Araz Naxçıvan” “Aris” oyununun biletləri satışda

18.07.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb. 

QOL.az xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2  manatdır.

Biletlər hər gün saat 10:00-dan 21:00-dək Liv Bona Dea Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. 

Qeyd edək ki, sözügedən görüş iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью