Araz Naxçıvan baş məşqçisi ilə yollarını ayırıb

21.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 sentyabr, AZƏRTAC

"Araz-Naxçıvan" komandası baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynov ilə yollarını ayırıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, hər iki mütəxəssislə qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Zaur İsmayılov və Cavid Hüseynov cari mövsümün əvvəlində “Araz-Naxçıvan”a baş məşqçi təyin olunmuşdu. Komanda onların rəhbərliyi altında Premyer Liqada 6 oyundan sonra 2 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью