Araz Naxçıvan baş məşqçisindən ayrıldı | Icma.az
Fanat saytına istinadən Icma.az xəbər verir. Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən futzal üzrə ölkə çempionu "Araz-Naxçıvan" "Be
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda bu gecə Bakı-İstanbul-Lissabon reysi ilə səfərə çıxıb. Axşam bir məşq nəzərdə tutulub.
Ancaq komandanı son məşqə və ümumiyyətlə oyuna kimin çıxaracağı bəlli deyil.
Belə ki, rusiyalı baş məşqçi Yevgeni Kukseviç Portuqaliyaya gedə bilməyib. Onun vizası alınmayıb və bu üzdən Bakıda qalıb.
Səfirlik sənədi bu gün çatdırsa, Kukseviçin Lissabona uçması mümkün olacaq. Əks halda, "Araz-Naxçıvan" oyuna baş məşqçisiz çıxacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Benfika" ilə Bakıdakı oyunda 0:9 hesabı ilə uduzub.
Cavab görüşü sabah Lissabondakı "Pavilhao Fidelidade"də baş tutacaq.
Matçın start fiti 21:30-da səsləndiriləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Tam oxu
Xəbəri oxu