Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan" "Benfika"ya qarşı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxacaq.
QOL.az xəbər verir ki, matç Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.
5 dekabr
21:30. “Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan)
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska (Hakimlər briqadası Serbiyadandır)
Lissabon. "Pavilhao Fidelidade".
İlk oyun - 9:0