Araz Naxçıvan : Biri öldü , digəri dirildi

16.10.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"nin qonağı olacaq "Araz-Naxçıvan" oyuna itki ilə çıxacaq. 

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, heyətdə 1 zədəli futbolçu var.

Söhbət Azərbaycan millisinin Ukrayna ilə seçmə oyunundan əvvəlki məşqində zədələnərək düşərgəni tərk edən müdafiəçi Rahil Məmmədovdan gedir. Onun sabiq komandası ilə oyunu buraxacağı dəqiqdir.

Əvəzində tam gücü ilə məqşlərdə iştirak edən Ramon Maçado sıraya dönüb. Baş məşqçi Elmar Baxşıyev şans verəcəyi halda, braziliyalı hücumçu meydana çıxmağa hazırdır. 

Qeyd edək ki, 19 oktyabrda "Palms Sports Arena"da keçiriləcək "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşması saat 18:30-da başlayacaq.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью