Araz Naxçıvan BOS da başladı Sınaq oyunu olacaqmı?

13.11.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 11-ci turunda Sumqayıtda "Karvan Yevlax"ı məğlub edən "Araz-Naxçıvan"ın millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəlli olub.

Naxçıvan təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Elmar Baxşıyev yevlaxlılarla matçın ardından futbolçuların 3 gün istirahət etməsinə şərait yaradıb.

"Qırmızı-ağlar" dünəndən Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqlərə başlayıblar. Millilərin düşərgələrində olan futbolçulardan başqa, zədəli Rahil Məmmədov və "Karvan"la oyunda xəsarət alan Şarl Boli də ilk məşqə qatılmayıb. Onu da qeyd edək ki, sözügedən kollektiv fasilə dönəmində yoxlama oyunu keçirmək niyyətində deyil.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью