Araz Naxçıvan böyük hesabla Omoniya ya uduzur Yenilənir

14.08.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

QOL.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxır.

Elmar Baxşıyevin komandası Kiprdə "Omoniya"nın qonağıdır. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan "Araz-Naxçıvan"ı səfərdə də çətin oyun gözləyir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

14 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

21:00.“Omoniya” (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) - 4:0 (Fasilə)

Qollar: V.Semedo, 9; S. Jovetiç, 22; Evandro, 30, 45+4

İlk oyun - 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью